Yaponiyanın Baş naziri Fumio Kişida tutduğu hökumət başçısı postundan gedəcəyini elan edib.
hakimiyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qərarını iqamətgahında təşkil etdiyi təcili mətbuat konfransında açıqlayıb.
Fumio Kişida vurğulayıb ki, istefa qərarını Yaponiyanın Liberal Demokratik Partiyasına (LDP) yeni sədri seçilən gün elan edəcək.
Məlumat üçün əlavə edək ki, Yaponiyanın Liberal Demokratik Partiyasının nüfuzu partiya üçün yığılan ianələrin maliyyə hesabatının verilməsi zamanı yol verilən ciddi qanun pozuntulardan sonra rekord səviyyədə aşağı enib.