Fransanın Mert və Mozel departamentində iki hərbi "Mirage" təyyarəsi qəzaya uğrayıb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "L'Est Republicain" qəzeti yazır.
Hazırda Fransa xilasetmə xidmətləri jandarmalarla birlikdə pilotların axtarışını aparırlar.
Xilasetmə qrupları artıq pilotlardan birini tapıblar. Onun yaralandığı, huşunun özündə olduğu qeyd edilir.
Nəşrin məlumatına görə, iki təyyarənin göyərtəsində ümumilikdə üç nəfər ola bilərdi.