Şübhələr ukraynalı dalğıclara yönəldi: "Şimal axını" qaz kəmərinin partladılması ilə bağlı detallar

Ukraynadan olan üç dalğıc "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarda şübhəli bilinir.

hakimiyyet.az Almaniyanın "Süddeutsche Zeitung", ARD və "Zeit" nəşrlərinə istinadən xəbər verir ki, onların partlayışda əlinin olması barədə məlumat xarici kəşfiyyat xidmətlərindən birindən əldə edilib.

"Zeit"in məlumatına görə, Ukrayna vətəndaşları olan Vladimir J., Yevgeni və Svetlana U. Kiyevdə dalğıc məktəblərindən birində işləyiblər. Müstəntiqlər güman edirlər ki, "Şimal axını"nda partlayış törətməkdə şübhəli bilinən bu şəxslər "Andromeda" yaxtasında olublar. Onlar suya dalaraq partlayıcı qurğunu qaz kəmərinə bərkidiblər. Gəmidə sübutlar aşkar edilib.

Şübhəlilərdən biri olan Vladimir J.-ni partlayışdan əvvəl Almaniyaya gələn furqonun sürücüsü tanıyıb.

Qeyd edək ki, daha əvvəl Almaniya Baş Prokurorluğu qaz kəmərində partlayış törətməkdə şübhəli bilinən şəxsin həbsinə order verib. Son məlumatlara görə, həmin şəxsin Polşada olduğu ehtimal edilir, lakin onun harada olduğu hələlik məlum deyil.

Bundan əlavə, məlum olub ki, ukraynalı Vladimir J. 2009-cu ildə Rusiya vətəndaşlığı almağa çalışsa da, rədd cavabı alıb.

0.082556009292603