Harris əksər ştatlarda Trampı qabaqlayır

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki reytinqi yeddi "yelləncək"ştatından beşində keçmiş prezident Donald Trampı bir qədər qabaqlayıb.

hakimiyyet.az xəbər verir ki, bu nəticə "Cook Political Report"un sorğusunda qeyd olunub.

Məlumata görə, araşdırma iyulun 26-dan avqustun 2-dək 2867 potensial seçici arasında aparılıb.

Sorğunun nəticələrinə əsasən, bu ştatların sakinlərinin 48%-i Harrisə, 47%-i isə Trampa dəstək verir.

Qeyd edək ki, ABŞ-də ənənəvi olaraq hər hansı partiyanı mütəmadi olaraq dəstəkləməyən və seçkilərdə həlledici əhəmiyyətə malik ştatlar "yelləncək" adlanır.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçiriləcək.

0.090672969818115