Niderland öz məhkumlarını xarici həbsxanalara yerləşdirmək istəyir

Niderland məhkumların cəzalarını çəkmək üçün başqa ölkələrin həbsxanalarına köçürülməsini nəzərdən keçirir.

hakimiyyet.az xəbər verir ki, Ədliyyə və Təhlükəsizlik Nazirliyinin dövlət katibi İnqrid Kunradinin sözlərinə görə, bunun əsas səbəbi kadr çatışmazlığıdır.

Məlumata görə, hazırda ölkədə həbsdə olması lazım olan, lakin kəskin kadr çatışmazlığı səbəbindən hələ də həbsxanaya göndərilməmiş iki minə yaxın insan var.

0.080466985702515