Bu gecə UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan "Ayaks" (Niderland) - "Panatinaikos" (Yunanıstan) matçı Avropa futbol turnirlərinin tarixinə düşüb.
hakimiyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət qitə kubokları tarixinin ən uzun penaltilər seriyasından gedir.
Belə ki, komandalar hərəyə 17 penalti zərbəsi yerinə yetiriblər.
Nəticədə Niderland klubu (iki oyunun ümumi nəticəsi 1:1 olub) 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib.