Cəbrayılda aztonnajlı yük avtomobilləri istehsal ediləcək

"Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası"nda illik 100 ədəd "IVECO" markalı, aztonnajlı yük avtomobilləri istehsal ediləcək.

Müəssisənin inşasının bir il sonra yekunlaşdırılması nəzərdə tutulub. İstehsala və xidmətə 1 ildən sonra başlamağı planlaşdırırıq".

hakimiyyet.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-İmport" MMC-nin təsisçisi Samir İbadullayev deyib.

O bildirib ki, müəssisədə təxminən 80 nəfər işlə təmin ediləcək.

Məhərrəm Əliyev

2.2831399440765