Mixail Podolyakdan sərt bəyanat: "Rusiyaya yalvarmaq niyyətində deyilik"

"Ukrayna Rusiyanın ərazilərini işğal etməkdə maraqlı deyil, lakin öz şərtləri əsasında Rusiya ilə potensial danışıqlar aparacaq, çünki təcrübə ilə təsdiqlənmiş, effektiv məcburetmə vasitələri var".

hakimiyyet.az-ın Interfaks.com.ua-ya istinadən xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz "Telegram" kanalında deyib.

"Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil. Bu aydındır. Çünki Ukrayna ciddi şəkildə beynəlxalq hüquq çərçivəsində sırf müdafiə müharibəsi aparır... Ancaq potensial danışıqlardan söhbət gedirsə - vurğulayıram, potensial danışıqlardan, - biz Rusiyanı qarşı masaya oturtmalı olacağıq. Öz şərtlərimiz əsasında. Bizim qəti şəkildə yalvarmaq kimi bir niyyətimiz yoxdur ki, zəhmət olmasa, əyləşin, danışıqlar aparaq. Amma təcrübədə sınaqdan keçirilmiş, təsirli məcburetmə vasitələri var", - deyə Podolyak yazıb.

Onun sözlərinə görə, Rusiyanı danışıqlara məcbur etmək üçün təkcə iqtisadi və diplomatik deyil, həm də hərbi alətdən istifadə etmək, eləcə də Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər yaşatmaq lazımdır.

"Kursk vilayətində biz açıq şəkildə görürük ki, Rusiyanı ədalətli danışıqlar prosesinə daxil olmağa razı salmaq üçün hərbi alətdən obyektiv şəkildə necə istifadə olunur. Bir daha vurğulayıram, danışıqlar prosesinə daxil olmaq, Rusiya üçün ənənəvi olan təbliğat-kapitulyasiya şantajına yox", - deyə o qeyd edib.

0.090951919555664