Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700 kvadratmetr sahədə yanıb.
Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.
Abşeronda geyim malları anbarı yanıb
Abşeronda geyim malları anbarı yanıb