Rusiya Kursk vilayətindəki vəziyyətlə əlaqədar KTMT-yə müraciət edibmi?

Rusiya tərəfindən Kursk vilayətindəki vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) indiyədək müraciət edilməyib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə KTMT-nin rəsmi saytında dərc edilmiş şərhdə deyilir.

"KTMT-də qəbul edilmiş prosedura əsasən, hərbi yardıma ehtiyacı olan üzv dövlət təşkilata rəsmi müraciət etməlidir. Rusiya tərəfindən Kursk vilayətindəki vəziyyətlə bağlı indiyədək belə bir müraciət olmayıb", - deyə şərhdə qeyd edilib.

KTMT vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb.

"Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyada yeni mərhələdir. Analitik xidmətimiz 24 saat rejimində işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT-nin Katibliyi və Rusiyanın müvafiq dövlət qurumları iş qaydası ilə məlumat mübadiləsi aparırlar", - deyə beynəlxalq təşkilatdan məlumat verilib.

0.073869943618774