Nigeriyada meymunçiçəyi virusuna yoluxanların sayı 39-a çatıb

"Nigeriyada bu ilin əvvəlindən bəri təsdiqlənmiş "mpox" (meymunçiçəyi virusunun yeni adı) hallarının sayı 39-a çatıb, ölüm faktı qeydə alınmayıb".

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Cayd İdris deyib.

O bildirib ki, ölkənin Səhiyyə Nazirliyi beynəlxalq hava limanları, dəniz limanları və quru sərhəd keçid məntəqələrində epidemioloji nəzarəti gücləndirib. Səhiyyə işçilərinə virusa mümkün yoluxma hallarını aşkarlamaq və ehtiyac yaranarsa, Nigeriyaya gələnləri tibbi müayinə etmək tapşırılıb.

0.080765008926392