ABŞ Ədliyyə Departamenti Elvis Preslinin ailəsini milyonlarla dollardan və Qreyslend mülkünə sahib olmaqdan məhrum etmək üçün fırıldaqçılıq sxemi ilə bağlı Missuri ştatından olan bir qadının həbs edildiyini açıqlayıb.
hakimiyyet.az xəbər veri ki, bu barədə "ABC News" məlumat yayıb.
"Prokurorlar qeyd ediblər ki, Liza Findli Preslinin qızının ölümündən əvvəl geri ödəmədiyi kreditin təminatı qismində əmlakı girov qoyduğunu iddia edərək, Qreyselndi satmaq üçün plan qurub", - nəşrin verdiyi məlumatda bildirilir.
Məlumata görə, müttəhim çoxsaylı saxta sənədlər hazırlayıb və müğənninin əmlakını tələb edərək Preslinin ailəsindən təzminat almağa cəhd edib. Prokurorların dediyinə görə, qadının sxemində saxta özəl kreditor iştirak edib və Presli ailəsindən milyonlarla dollar almaq üçün Memfisdəki Qreyslend əmlakının müsadirəsi haqqında saxta girov bildirişindən istifadə edilib.