İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma CAVAB VERDİ

Livanda 10 nəfərin ölümü ilə nəticələnən hücuma cavab olaraq "Hizbullah" İsrailə 55 raket zərbəsi endirib.

hakimiyyet.az xəbər verir ki, "Haber Global"ın məlumatına görə, İsrailin şimalına atılan raketlərin bəziləri boş ərazilərə düşüb və yanğınlara səbəb olub.

Ayelet Hashahar, Mishmar Hayarden və Mahanayim yaxınlığındakı açıq ərazilərdə yanğınların söndürülməsi üçün işlər davam edir.

"Hizbullah" ilk dəfə Ayelet Hashahar yaşayış məntəqəsinə "Katyuşa" raketləri ilə hücum etdiyini bildirib.

Bununla yanaşı, "Hizbullah" İsrailin Misgav Am yaşayış məntəqəsinin şimalında yerləşən hərbi bazaya da pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

İsrail ordusu hücum nəticəsində iki əsgərin yaralandığını açıqlayıb.

0.055974006652832