Qurumuş ağacın kötüyünü açan Türkiyə sakini gördüklərinə inanmadı

Türkiyənin Kastamonu ilə Çankırı vilayətləri arasında yerləşən İlqaz dağında təbiətsevər bir sakin qurumuş ağac kötüyündə gözlənilməz bir kəşf edib.

hakimiyyet.az "Sondakika.com"a istinadən xəbər verir ki, ağacın kötüyünü açan şəxs qarşılaşdığı mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. Bu hadisə təbiətin sirli və gözlənilməz sürprizlərini bir daha ortaya qoyub.

Belə ki, arıçılığın geniş yayıldığı Kastamonunun İlqaz dağında bəzən pətəklərdən qaçan arılar yaşayış məntəqələrindən uzaq ərazilərdə, qayalıqların içində və ya ağac koğuşlarında yuva quraraq bal hazırlayırlar. Bu dəfə, pətəkdən qaçan arılar yıxılmış bir ağacı bal pətəyinə çevirərək onun içini balla doldurublar.

Arıların bal ilə doldurduğu kötüyü tapan və əli ilə açan sakin həmin anları lentə alaraq sosial şəbəkədə paylaşıb.

"İnanılmazdır. Bunun gözəlliyinə baxın. Kötüyü tamamilə doldurublar", - deyə heyrətini ifadə edib.

Videogörüntüyə heyrətlənən izləyicilər "Bal budur, digərləri isə sadəcə şəkər və sudur", "Hamısını götürməyin, arılara da qalsın", "Bunlar təbii müalicə xəzinəsidir", "Orada 500 min Türkiyə lirəsi (25 min manatdan çox) var" kimi şərhlər yazıblar.

Qurumuş ağacın kötüyünü açan Türkiyə sakini gördüklərinə inanmadı

Qurumuş ağacın kötüyünü açan Türkiyə sakini gördüklərinə inanmadı

2.7560760974884