Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qoutou kömür mədənində baş vermiş qəza nəticəsində azı üç mədənçi ölüb, daha üç nəfər itkin düşüb.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə bazar günü Santao kəndində baş verib. Qeyd olunan yerdə qaya uçub və bu, yeraltı qazların havaya püskürməsi ilə müşayiət olunub.
Mədən rəhbərliyi axtarış-xilasetmə işlərini təşkil edib. Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.