Avropa ölkəsində bomba səbəbindən yüzlərlə sakin təxliyə edilib

Şimali İrlandiyanın Nyutaunards şəhərində yerləşən yaşayış massivində İkinci Dünya müharibəsindən qalma bomba aşkar edildikdən sonra təxminən 450 evin sakinləri təxliyə edilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Polis mərminin zərərsizləşdirilməsinin bir neçə gün çəkəcəyini bildirib və sakinləri xəbərdar edib.

Buna bənzər bir hadisə daha əvvəl Almaniyanın Köln şəhərində də baş verib. Təxminən 7 000 insan İkinci Dünya müharibəsindən qalan partlamamış bomba səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. İyirmi tonluq mərmi Ports-Vesthoven ərazisində tikinti işləri zamanı aşkar edilib.

0.13202214241028