ABŞ-də qocalma əleyhinə dərman hazırlanır

ABŞ-li alimlər itlərin qocalmasını ləngidə bilən dərmanı sınaqdan keçirirlər.

Bu barədə ABC televiziya şirkətinin bölmələrindən biri məlumat verib.

"Telomir Pharmaceuticals" şirkətinin rəhbəri Kristofer Çapmen və Klivlend Klinikasının mütəxəssisi Maykl Royzen arasında əməkdaşlıq nəticəsində yaradılan dərman artıq iki yaşlı itdə - ölümcül xərçəng xəstəsi olan alman çoban iti və artriti olan Nyufaundlend cinsli it üzərində uğurla sınaqdan keçirilib. Sahiblərinin sözlərinə görə, hər iki heyvanın vəziyyəti qısa müddət ərzində xeyli yaxşılaşıb.

Yeni dərman sayəsində bədən kök hüceyrələrini çoxaltmağa başlayır və hətta sözün əsl mənasında cavanlaşa bilər. Hazırda sınaqlarda 10 it iştirak edir. Araşdırmanın nəticələri gələn ilin əvvəlində təqdim olunacaq.

Qeyd edək ki, insanlar üzərində klinik sınaqlar da 2025-ci ildə başlaya bilər.

1.7307920455933