ABŞ Prezidenti Co Bayden bu ilin mart ayında Çinin artan nüvə arsenalı fonunda ilk dəfə bu ölkənin çəkindirilməsindən bəhs edən gizli strateji nüvə planını təsdiqləyib.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
Belə bir sənədin qəbul edilməsi Pentaqonun növbəti onillikdə Çinin cəbbəxanasının ölçü və müxtəlifliyinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağı ehtimalı ilə bağlıdır.
Qeyd olunur ki, Bayden, həmçinin, Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə qarşıdurmalarına hazırlaşmaq üçün göstərişlər verib.