Ağır xəstəlikdən əziyyət çəkən üç yaşlı Abbasın dəstəyə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.
O bildirib ki, övladı böyrək xərçəngindən əziyyət çəkir:
"Abbasın üç yaşı var. Biz bir neçə ay öncə onun böyrək xərçəngin əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də əlimizdən gələn hər şeyi etmişik. Abbas hazırda kimyaterapiyalara başlamalıdır, amma bunu etməyə imkanımız çatmır".
Məleykə Fərzəliyeva yardımsevər şəxslərdən dəstək istəyib:
"Abbasın bu günə qədər olan müalicələrini qohumların, tanışların dəstəyi ilə qarşılaya bilmişik. Hazırda Abbasın müalicəsinin ilkin mərhələsi üçün bizim 4 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 534-24-16.
Kapital Bank: 4169 7388 4584 0473.