İran hökuməti Tehran səması üzərində hava məkanını uçuşlara bağlı elan edib.
Bu barədə hakimiyyet.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Tehranın şərq bölgələrinə raketin atılması ilə əlaqədar olaraq uçuşları qadağan edən NOTAM (Notice to Air Missions - Hava missiyaları üçün bildiriş, uçuş marşrutu boyunca və ya uçuşa təsir edə biləcək yerdəki potensial təhlükələr barədə təyyarə pilotlarını xəbərdar etmək üçün aviasiya orqanına verilən bildiriş - red.) verilib.