İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopter qəzasının səbəbləri ilə bağlı xəbərini təkzib edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Fars" agentliyinin helikopter qəzasının səbəblərindən birinin təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə əlavə iki sərnişinin olması və bu səbəbdən helikopterin lazımi hündürlüyə qalxmaq üçün kifayət qədər gücünün olmaması ilə bağlı yaydığı məlumat yalandır" , - deyə İran Baş Qərargahının Kommunikasiya İdarəsi ictimaiyyətə açıqlamasında bildirib.
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi ilə bağlı istintaq yekunlaşıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Fars" agentliyinə İranın xüsusi xidmət orqanlarındakı mənbə bildirib.
"Təhlükəsizlik və kəşfiyyat xidmətləri təfərrüatlı araşdırmanı başa çatdırıb və hadisənin qəza olduğuna tam əmindirlər" , - o bildirib.
Mənbə verdiyi məlumata görə, Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayı normadan artıq olduğu üçün lazımi hündürlüyə çata bilməyib və pis hava şəraitində dağın səthinə düşüb.
"İstintaq göstərir ki, göyərtəsində prezidentin olduğu helikopterdə təhlükəsizlik protokollarında nəzərdə tutulandan iki nəfər artıq adam olub. Pilot dumanı görüb helikopteri lazımi hündürlüyə çatdırmaq istəyəndə təyyarənin buna kifayət qədər gücü çatmayıb və məhdud görmə şəraitində duman səbəbiylə helikopter dağa çırpılıb" , - mənbə əlavə edib.
Agentlik qeyd edib ki, İran xüsusi xidmət orqanları Rəisinin işi üzrə 30 min insanı dindirib. Bütün sübutlar helikopterin qəzaya uğramasında insan amilinin olmadığını göstərib.