Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
Bununla bağlı hakimiyyet.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən məlumat verib.
"Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova