Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişiblər.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Belə ki, Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Əməliyyat zamanı o və körpəsi dünyasını dəyişiblər.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.