Cənubi Koreyanın Buçon şəhərində oteldə baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Yanğın yerli vaxtla təxminən 19:39-da (Bakı vaxtı ilə 14:39-da - red.) doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində baş verib. Yanğının söndürülməsinə 150 yanğınsöndürən və 46 ədəd xüsusi texnika cəlb olunub.