Ermənistanda ordu generalının oğluna qarşı cinayət işi açıldı

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavininin oğlu İrəvanda saxlanılıb.

hakimiyyet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Enriko Apriamovun oğlu Qevork Apriamov İrəvanda baş verən qəzadan sonra saxlanılıb.

Avqustun 22-də 38 yaşlı Gevork Apriamovun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub. O, hadisə yerinə gələn polisə səhhəti ilə əlaqədar idarəetməni itirdiyini deyib. Apriamov tibb mərkəzinə aparılsa da, tibbi yardımdan imtina edib.

Polis əməkdaşları Apriamovla birlikdə hadisə yerinə qayıdıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinə baxış zamanı pipetlər (damcı tökən) və narkotikə oxşar maddə aşkar ediblər. Apriamov Nor Nork polis bölməsinə aparılıb, iş materialları isə cinayət işinin açıldığı İstintaq Komitəsinə verilib.

Qeyd olunur ki, Apriamov 2018-ci ildə də "Hyundai Sonata" ilə qəza törədib. Həmin vaxt onun idarə etdiyi avtomobil əks zolağa çıxaraq, hərbi məktəbin hasarına çırpılıb və onun ərazisinə düşüb.

Həmin avtomobil qəzasına aid şəkilləri təqdim edirik:

0.117840051651