Tarixin ən böyük almazı tapıldı

Kanadanın mədən şirkəti "Lucara Diamond" Botsvanadakı Karove mədənində 2 492 karatlıq (498.4 qram) almaz aşkar edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Almaz böyük qiymətli daşları aşkar etməyə və bütövlükdə bərpa etməyə imkan verən xüsusi "X-ray Mega Diamond Recovery Transmission" texnologiyasından istifadə edərək bərpa edilib. Şirkət onu 2017-ci ildə iri, yüksəkqiymətli almazları müəyyən etmək və qorumaq üçün quraşdırıb.

Qeyd edək ki, əvvəllər bu mədəndə 1 758 karatlıq (351.6 qram) "Sevelo" və 1 109 karatlıq (221.8 qram) "Lesedi La Rona" almazı tapılmışdı.

0.077481031417847