Naməlum şəxs Ermənistanın baş naziri Nikol Paşinyana alma atıb.
hakimiyyet.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Hadisə İrəvanın Rubinyantsa küçəsində baş verib. Paşinyan qohumuna baş çəkməyə gəlib və qonaqlardan birinin dediyinə görə, evin digər sakini ona alma atıb.
Hazırda hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən etməyə çalışırlar.