Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ölkəsinin Ukrayna sülh təşəbbüsü ilə bağlı Avropa İttifaqının (Aİ) mövqeyini tənqid edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Macarıstanın xarici işlər naziri xatırladıb ki, Brüssel Orbanı Moskva və Çinə səfərlərinə görə kəskin tənqid edib, lakin İtaliyanın baş naziri Ciorcia Meloni Çin Xalq Respublikasının sədri ilə görüşmək üçün Pekinə gedəndə Aİ heç bir tənqidi fikir bildirməyib.
XİN rəhbərinin sözlərinə görə, Macarıstana qarşı kampaniyada Aİ "Brüssel Baydeni - Jozep Borreli qabağa verib". Lakin Budapeşt belə məsələləri ciddiyə almır.