Okeanda meqasunami: 200 metrlik dalğaların səbəbi bəlli oldu

Potsdam Universitetinin alman alimləri təxminən bir il əvvəl Qrenlandiyanın şərq sahillərində baş vermiş nəhəng sunaminin səbəbini öyrəniblər.

Oxu.az xəbər verir ki, 200 metr hündürlüyündə dalğa yaşayış olmayan Dikson liman şəhərciyini vuraraq, tərk edilmiş binaları dağıdıb. Tədqiqat "The Sesmic Records" elmi jurnalında dərc olunub.

Komanda hadisə yerindən 5 min kilometr radiusda yerləşən zəlzələ monitorinq stansiyalarının seysmik məlumatlarını təhlil edib.

Alimlər hesab edirlər ki, bu hadisə Qrenlandiyada buzlaqların əriməsi ilə bağlı olub. Hazırda daha sürətlə davam edən bu proses yeni meqasunamilərin baş verməsi ehtimalını artırır.

0.056604146957397