Bakının Səbail rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report"un məlumatına görə, 2020-ci il təvəllüdlü A.Dəmirov yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.