Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"

Bir yaş beş aylıq Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Cəmilə Əsgərova məlumat verib.

O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:

"Biz Sabirabad rayonunda yaşayırıq. Fərid bir yaş beş aylıqdır. O, martın 10-da iməkləyərək çaydanı üzərinə aşırıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə aldıq, lakin maddi imkanlarımız olmadığı üçün xəstəxanadan çıxdıq".

Gənc ana övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirib:

"Fəridin hazırda mazlarını və dərmanlarını ala bilmirəm. İnanın, son bir neçə gündür, yaralarını açıb dəyişməyə bint belə yoxdur. Uşaq bütün gün ağlayır və ağrıdan yemək yeyə bilmir. Yardımsevər şəxslərdən xahiş edirəm ki, mənim övladıma dəstək olsunlar".

Ailə ilə əlaqə: (070) 593-99-79.

"Kapital Bank": 4169 7388 6325 3815.

0.083743095397949