Pavel Durovun işini aparan müstəntiq onun Fransaya gəlişindən təəccüblənib

Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun axtarışda olduğunu bilə-bilə Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

"Telegram"ın bu cəzasızlığı bitməlidir" , - Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.

Qeyd edək ki, Pavel Durov dünən Parisdə . O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

0.41322588920593