Kamçatkada güclü zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.

"Zəlzələ 48 km dərinlikdə baş verib. Yeraltı təkanların maqnitudası 5.7, episentri Petropavlovsk-Kamçatskidən 69 km aralıda olub", - deyə məlumatda bildirilir.

Əlavə olunub ki, növbəti bir-iki həftə ərzində daha bir neçə oxşar və ya daha zəif seysmik hadisə gözlənilir.

0.071072816848755