Pakistanda terror aktının təfərrüatı: Avtobus sərnişinləri güllələndilər

Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.

Bu barədə hakimiyyet.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, terrorçular magistral yolu bağladıqdan sonra bir neçə avtobusdan sərnişinləri endirib və onların şəxsiyyətlərini yoxlayıblar. Daha sonra ən azı 23 nəfəri güllələyiblər.

Bildirilib ki, terror aktını törədənlər daha 10 avtomobili də yandırıblar.

Hələlik isə heç bir şəxs və ya qrup silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Xa Nım

Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi ölkənin cənubunda terror aktı baş verdiyini açıqlayıb.

Bu barədə hakimiyyet.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, silahlı hücum nəticəsində 23 pakistanlı həyatını itirib.

0.086139917373657