"Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı "Telegram"ın təsisçisi Pavel Durovla görüşməyib".
hakimiyyet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Dmitri Peskov söyləyib ki, Kreml Fransada saxlanılan Pavel Durovun konkret nədə ittiham olunduğunu da bilmir:
"Biz hələlik Durovun konkret nədə ittiham olunduğundan məlumatsızıq. Gəlin ittiham açıqlanana qədər gözləyək. Yalnız bundan sonra ilkin nəticələr çıxarmaq mümkün olacaq".