Nərimanov rayonunda yanğın səbəbindən yolda tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yolda tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə hakimiyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində baş verən yanğın səbəbindən metronun "Nərimanov" stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bakının Nərimanov rayonunda baş verən yanğın söndürülüb.

Bu barədə hakimiyyet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, nazirliyin "112" telefon qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində 5 mərtəbəli yataqxana binasında yanğın olması barədə siqnal daxil olub.

FHN-in yanğından mühafizə bölmələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yolda məhdudiyyət qoyulub.

Bu barədə hakimiyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun "Nərimanov" stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

Bakının Nərimanov rayonunda yanğın olub.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

0.48342180252075