Qətərin baş naziri Tehrana gedib

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ət-Tani Tehrana səfər edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, burada onun İranın yeni xarici işlər naziri Abbas Əraqçi və respublika Prezidenti Məsud Pezeşkian ilə görüşü nəzərdə tutulub.

"Fars" agentliyi bildirib ki, bu, Əraqçinin xarici işlər naziri vəzifəsinə təyin olunmasından sonra başqa ölkənin XİN rəhbərinin İrana ilk səfəridir.

0.037894010543823