Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rusiyaya gəlib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk atom elektrik stansiyasının yerləşdiyi (AES) Kurçatov şəhərinə (Rusiya) gəlib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, Qrossi hazırda obyektə baxış keçirməyə başlayıb.

O, Kursk vilayətinə səfərini bir gün əvvəl elan edib. Qrossinin sözlərinə görə, BAEA AES-də vəziyyətin müstəqil qiymətləndirilməsini həyata keçirmək niyyətindədir.

0.12310004234314