İran prezidenti və hökumət üzvləri Əli Xamenei ilə görüşüblər

Bu gün İran prezidenti Məsud Pezeşkian və başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri ilk dəfə ölkənin ali lideri Əli Xamenei ilə bir araya gəliblər.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Əli Xamenei görüş zamanı yeni nazirlərin parlamentdə təsdiqlənməsi məsələsinə toxunaraq deyib:

"Hökumət başçısı Məsud Pezeşkian nazirlərin seçilməsi üçün çox çalışıb. O bunun üçün mənimlə də məsləhətləşib. Mən onlardan bəzilərini təsdiqlədim, bəzilərinin isə seçilməsi üçün xüsusi vurğuladım. Bir çoxunu isə tanımırdım, onlar barədə heç bir fikrim yox idi. Allaha şükürlər olsun ki, prezident bütün kabinet üzvlərinin təsdiq olunması üçün parlamenti razı sala bildi və bu, böyük bir uğurdur".

0.05302906036377