Bərdədə 22 yaşlı oğlan qətlə yetirilib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 2002-ci il təvəllüdlü Bəhmən Bəxtiyar oğlu Hüseynovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.