Durovun üç uşağının anası iş adamını məhkəməyə verdi: Kiçik oğlunu döyüb?

2023-cü ilin martında "Telegram"ın təsisçisi Pavel Durovun üç övladının anası olduğunu iddia edən İrina Bolqar adlı qadın İsveçrə məhkəməsində ona qarşı cinayət işi qaldırıb.

Bu barədə hakimiyyet.az "Forbes"a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, qadın Durovun uşaqlardan birinə qarşı fiziki zorakılıq tətbiq etdiyini iddia edib və həmçinin uşağın üzərində yeganə qəyyumluq haqqının özünə verilməsi üçün ikinci iddia qaldırıb.

"Forbes" vurğulayır ki, bu iddiaların hər ikisi, Bolqarın Durovun uşaqlara ayda 150 min avro (167.5 min dollar) məbləğində alimenti ödəməkdən imtina etməsi ilə bağlı bəyanatından bir neçə ay sonra məhkəməyə daxil olub.

Bolqarın iddia bəyanatında bildirilib ki, 2021-2023-cü illər arasında Durov 2017-ci il təvəllüdlü kiçik oğluna qarşı beş dəfə fiziki zorakılıq edib, uşağa xəsarət yetirib, o cümlədən beyin sarsıntısı keçirməsinə və yuxu problemlərinin yaranmasına səbəb olub.

Qadın buna sübut kimi Durovla 2021-ci ilin payızında Parisdəki yazışmalarının stenoqramını və uşağın narahatlıq və yuxu pozğunluğu olduğunu təsdiqləyən 2023-cü ilin aprel tarixli tibbi arayışı təqdim edib.

Durovun nümayəndəsi "Forbes"a Bolqarın iddiaları ilə bağlı şərh verməkdən imtina edib.

0.13120198249817