Film şirkəti qalmaqallı rusiyalı bloqerdən milyonlarla rubl pul tələb edib

Rusiyanın "Team Films" şirkəti bloqer və teleaparıcı Anastasiya İvleyevadan 4.6 milyon rubl (təxminən 86 min manat) pul tələb edib.

hakimiyyet.az bu barədə "Life SHOT"a istinadən xəbər verir.

Qeyd olunur ki, məşhur bloqer serialdakı əsas rollardan birini ifa etməli olub. Hətta buna görə şirkət bloqerə avans da (əməkhaqqından müəyyən məbləğin əvvəlcədən verilməsi) ödəyib. Lakin A.İvleyeva "Çılpaq gecə" partisi qalmaqalına görə çəkilişlərdə iştirak etməyib.

Nəticədə teleaparıcı başqa aktrisa ilə əvəzlənib.

Qeyd edək ki, Moskva məhkəməsi "Çılpaq gecə" partisi təşkil etdiyinə görə A.İvleyevanı 100 min rubl (təxminən 1880 manat) məbləğində cərimələmişdi.

0.051285028457642