Yaponiyanı son onilliyin ən güclü tayfunu bürüyüb: Ölən və yaralananların sayı artıb

Son onilliyin ən güclülərindən olan "Şan-Şan" tayfunu Yaponiyanın Kyusyu adasının şimal-şərqinə doğru irəliləməkdə davam edir. Nəticədə torpaq sürüşməsi və damın çökməsi nəticəsində azı dörd nəfər ölüb, 104 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb.

hakimiyyet.az bu barədə NHK telekanalına istinadən xəbər verir.

Son 24 saat ərzində tayfun bir qədər zəifləyib, lakin küləyin sürəti 126 km/saata çatıb. Hələ Kyusyu adasını vurmazdan əvvəl Ayti prefekturasında torpaq sürüşməsi bir ailənin üç üzvünün ölümünə səbəb olub. Daha bir nəfərin meyiti çaydan tapılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Tayfun hava nəqliyyatına ciddi ziyan vurub. Yaponiyada regional hava limanları tamamilə bağlanıb. Ümumilikdə ölkə üzrə 630-dan çox aviareys ləğv edilib.

0.085119962692261