Almaniyanın qərbində yerləşən Zigen şəhərində (Şimali Reyn-Vestfaliya) qadının avtobusda bıçaqla hücumu nəticəsində ən azı beş nəfər yaralanıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.
Qeyd olunur ki, hadisə saat 19:40 (Bakı vaxtı ilə 21:40 - red.) radələrində baş verib. Üç nəfərin vəziyyəti ağırdır. Polisin məlumatına görə, avtobus Zigen şəhərində keçirilən şəhər festivalına gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğunu hesab etmirlər.
Çoxlu sayda polis əməkdaşı hadisə yerindədir. Qadın saxlanılıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, başqa təhlükə yoxdur.