Demensiyadan əziyyət çəkən Hollivud aktyoru Bryus Uillisin qızı Tallula atasının vəziyyətindən danışıb.
hakimiyyet.az bu barədə "E! News"a istinadən xəbər verir.
"Atamın vəziyyətində heç bir dəyişiklik yoxdur, - deyə Tallula bildirib.
May ayında məlum olub ki, ABŞ-li aktrisa Demi Mur keçmiş əri ilə "emosional vida" etməyə hazırlaşmağa başlayıb.
Qeyd edək ki, Uillisdə demensiya xəstəliyi 2023-cü ilin payızında aşkarlanıb. Bundan sonra sənətçinin keçmiş həyat yoldaşı Demi Mur, həyat yoldaşı Emma Heminq və Uillisin qızları ona gecə-gündüz qulluq edirlər.