Ukraynada Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasına məxsus Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub.
hakimiyyet.az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.
"Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb. İki nəfərdən ibarət hava gəmisinin ekipajı həlak olub.
Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir" , - məlumatda qeyd olunub.