Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısı ölkənin şimal-qərbində, Racastan ştatında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan HHQ "X" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, "Barmer sektorunda adi gecə təlimi zamanı Hindistan HHQ-yə məxsus MiQ-29 təyyarəsi kritik texniki nasazlıqla qarşılaşıb, nəticədə pilot katapult etmək məcburiyyətində qalıb. Pilot sağ qalıb və itki, yaxud əmlak ziyanı qeydə alınmayıb".
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Hindistan HHQ 100-dən çox MiQ-29 təyyarəsindən istifadə edir. Bu qırıcılar, "Su-30MKI" ilə birlikdə, Hindistan HHQ-nin əsasını təşkil edir.