Quba-Xınalıq yolunda uçan körpünün aqibəti NECƏ OLACAQ? - Rəsmi AÇIQLAMA

İyulun 29-da sel daşqınları səbəbindən Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Ərazidə yaşayan vətəndaşlar hakimiyyet.az-a bildiriblər ki, oradakı taxta pilləkənləri özləri düzəldiblər. Hadisədən 1 aydan çox vaxt keçsə də, körpü hələ də təmir edilməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli hakimiyyet.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı layihə hazırlanıb və təqdim olunub:

"Yaxın günlərdə yəqin ki, yeni körpünün inşası istiqamətində addımlar atılacaq. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər".

Məlumat üçün bildirək ki, haqqında danışılan körpü Qubanı 6 kəndlə - Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız ilə birləşdirir.

@oxuaz Quba-Xınalıq yolunda uçan körpü hələ də TƏMİR EDİLMƏYİB #QubaXınalıqyolu #körpü ♬ original sound Oxu.az Son Xəbərlər



Məhərrəm Əliyev

0.53442597389221