Norveçdə elektrikli avtomobillərin satışı üzrə yeni dünya rekordu müəyyən edilib.
hakimiyyet.az xəbər verir ki, statistikanı Norveç Yol Federasiyası (OFV) təqdim edib.
Belə ki, avqustda Norveçdə elektrikli avtomobillərin satışı bazarın 94%-ni təşkil edib, bu isə yeni dünya rekordu deməkdir.
Qeyd olunur ki, alıcılar ən çox üstünlük verdiyi elektrik avtomobil modeli "Tesla Model Y"dır. Digər tələbat olan modellər isə "Hyundai Kona" və "Nissan Leaf"dir.
Statistikada hibrid nəqliyyat vasitələrinin satışlarının da artdığı qeyd olunur.