Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin sursat anbarı partlayıb.
hakimiyyet.az-ın "Mash" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu hərbçilərin ehtiyatsızlığı üzündən baş verib.
Belə ki, əsgərlərin mərmi qutularını birbaşa günəş şüaları altında unutmaları nəticəsində sursatlar qızıb detonasiya edib.
Hadisədən sonra yanğın başlayıb. Əsgərlər yanğını öz gücləri ilə söndürməyə çalışıblar - alınmayıb. Yanğınsöndürənlər çağırılanda isə artıq gec olub. Hazırda 1500 hektar meşə sahəsi yanır, şəhəri tüstü bürüyüb.
Bundan başqa İzyum, Balakleya və Slobojan Milli Parkı ətrafında da yanğın var. Dinc sakinlər kəskin qoxudan, baş ağrısından və pis əhvali-ruhiyyədən şikayət edirlər. İlkin məlumata görə, 74 yaşlı qadın həlak olub.
Məlumata görə, hərbçilər bu sursatla Belqoroda zərbə endirməyi planlaşdırırmışlar.
Kadrlarda vilayətdəki vəziyyət göstərilir.
Ukrayna ordusunda hərbçilərin ehtiyatsızlığı partlayışa və ekoloji fəlakətə səbəb oldu